18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İsveçrənin region ölkələrindəki səfirləri Bakıda toplaşacaq - FOTO
İsveçrə ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf edir.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensial var.
2019-cu ilin yanvarında Davosda Azərbaycan və İsveçrə prezidentləri İlham Əliyev və Uli Maurerin görüşünü xatırladan səfir bildirib ki, gələn həftə Bakıda iki ölkə arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.
F.Ştalderin sözlərinə görə, gələn həftə, həmçinin İsveçrənin regiondakı səfirləri Bakıda toplaşacaq: "Rusiya, Türkiyə, Ukrayna, Belarus və Ermənistanda olan İsveçrə səfirləri Bakıya gələcək. Bu da Azərbaycanın turizm baxımından potensialının nümayiş etdirilməsi üçün çox yaxşı imkandır".
Diplomat əlavə edib ki, 2019-cu ildə, həmçinin İsveçrənin Azərbaycanla texniki əməkdaşlığının 20 ili tamam olur: "Bu illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edilib".
Səfir qeyd edib ki, Azərbaycanla İsveçrə arasında enerji sahəsində də səmərəli əməkdaşlıq mövcuddur: "Enerji təhlükəsizliyinin təmin olunması baxımından Cənub Qaz Dəhlizi böyük əhəmiyyət kəsb edir və İsveçrə şirkəti də layihədə paya malikdir".
Nəzrin Abbaszadə
Emtv.az