SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı - ŞOK ARAŞDIRMA

1-03-2019, 13:15 | Oxunub: 9 696 |

Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı - ŞOK ARAŞDIRMA

Antibiotiklərin bağırsaq bakteriyalarına mənfi təsir etməsi barədə fikirlər təsdiqini tapdıqdan sonra həkimlər antibiotik kursunun sona kimi qəbul olunmamasını məsləhət görür. Antibiotiklərin zərəri barədə hər il yeni araşdırmalar aparılsa da, həkimlər yenə eyni həvəslə çox xəstəliklərdə antibiotik yazmaqda davam edir və yazdığı preparatın əks göstərişləri barədə nə özləri araşdırma aparır, nə də xəstələri xəbərdar edir.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Harvard institutunun alimləri antibiotiklərlə bağlı yeni araşdırma aparıb, dəhşətli nəticəyə gəliblər. Məlum olub ki, antibiotiklər öz müttəfiq bakteriya və hüceyrələrini də aradan götürür.

Onlar metabolitlərin və immun hüceyrələrin iş qabiliyyətini aşağı salır, bir komanda şəklində infeksiya və viruslara qarşı birləşməli olduğu faydalı hüceyrələri də sıradan çıxarır.

Aparıcı müəllif Ceyson Yanq qrupu ilə birgə siçanlar üzərində apardığı təcrübədə tapıb ki, bir neçə tip antibiotiklər siçanlarda mitoxondriyanı zədələyir, bu da metobolik prosesə mənfi təsir göstərir. Metobolitlər isə hüceyrələr tərəfindən sintez olunur və müalicə zamanı vacib rol oynayır.

Eksperiment zamanı siçanları bağırsaq çöplərinə yoluxdurublar və onları Çiprofloksasin adlı məşhur antibiotiklə müalicə ediblər. İnsana yazılan dozada tətbiq edilib.

Bu preparat siçanların toxumalarına təsir edərək, metobolik prosesləri pozub, nəticədə metabolitlər sanki başlarını itirərək düşmənə tərəf işləməyə başlayaraq, bağırsaq çöplərini daha da gücləndiribər.

Dərman həmçinin immun sistem hüceyrələrinin işini azaldıb. O, bakteriyaları tutub zərərsizləşdirən makrofaqları da zəiflədib.Antibiotikin yaratdığı biokimyəvi mühitdə immun hüceyrələri sanki boğulub.

Hesab edilirdi ki, antibiotiklər bakterial hüceyrələrə təsir edir, amma əslində onlar immun sistem hüceyrələrə də toxunur.

Bu elmi komanda indi uzun müddət antibiotik qəbul etmiş pasiyentlərin immun hüceyrələrində hansı dəyişikliklərin baş verdiyini araşdırmaq istəyir.

Qeyd edək ki, 26 fevral tarixində Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.

Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin "prob" qoyulmadan vurulması olub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR