18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ Konqresinin daha bir üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib - FOTO
ABŞ-ın nüfuzlu konqresmenlərindən olan, Ohayo ştatını təmsil edən Tim Ryan (Demokrat) Xocalı soyqırımı ilə bağlı bəyanat verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsinin yad olunduğu bəyanatda 1992-ci ilin fevralında günahsız insanların misli görünməmiş dəhşətli qırğınının 27 il sonra belə insanı sarsıtdığı bildirilib.
Cənubi Qafqazda ən qəddar amansızlıqlardan biri olan bu hadisə ilə bağlı ədalətin hələ də təmin olunmadığı, 150 mülki şəxsin aqibətinin indiyədək bilinmədiyi diqqətə çatdırılıb.
T.Rayn vurğulayıb ki, beynəlxalq aləmdə insan hüquqları və demokratiya tələb edilərkən Xocalıda baş verənlər xatırlanmalı və hadisənin törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.
Qeyd edək ki, bu, Xocalı soyqırımı ilə bağlı cari ildə ABŞ Konqresində verilmiş sayca dördüncü bəyanatdır. Konqresmen Tim Rayndan əlavə, Əlsi Heystinqz, Virciniya Foks və Stiv Koen də bəyanatlarla çıxış ediblər.
Nəzrin Abbaszadə
Emtv.az