18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İcra başçısı dəm qazından ölüb? - Köməkçisi DANIŞDI
Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ilkin olaraq ürək tutmasından öldüyü bildirilsə də, Bakı Şəhər Prokurorluğu onun vəfat etməsi faktı ilə bağlı cinayət işi başlandığını açıqlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertiza təyin olunub. Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyri-rəsmi məlumatlarda və sosial şəbəkələrdə yayılan xəbərlərdə icra başçısının dəm qazından öldüyü bildirilsə də, bu versiya hələ ki araşdırılır.
Mərhum icra başçısının köməkçisi Yavər Aslanov Modern.az-a növbəti açıqlamasında ekspertizanın rəyini gözlədiklərini bildirib:
"Biz də rəsmi məlumatlarda deyilənləri bilirik. Nəticələr ekspertizadan sonra bilinəcək. Buna qədər olan söhbətlər isə sadəcə ehtimal və şayiədir".
Y.Aslanov qeyd edib ki, hazırda Naftalan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müavin, Şəhər təsrrüfatı şöbəsinin müdiri Arzu Məmmədov icra edir.
Qeyd edək ki, yaşadığı evdə meyiti aşkarlanan R.İbrahimovun ürək tutmasından vəfat etdiyi bildirilirdi.
R.İbrahimov Azərbaycan Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəli idi, 2 övladı var.
Nəzrin Abbaszadə
Emtv.az