SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Universitetlərdə təqaüdləri kəsilən tələbələr var - SƏBƏB

27-02-2019, 15:10 | Oxunub: 9 850 |

Universitetlərdə təqaüdləri kəsilən tələbələr var - SƏBƏB

Ötən həftədən ali məktəblərdə 2018/2019-cu tədris ilinin ikinci semestri başlayıb. Yanvar ayında imtahanları başa vuran tələbələr 15 günlük istirahətdən sonra yenidən dərslərə qayıdıblar. Amma payız semestr imtahanlarından üzüağ çıxmayanlar da olub. Hansısa fəndən kəsrə düşən, istədiyi qiyməti ala bilməyərək təqaüddən əli üzülən, hətta köçürməyə cəhd edərkən imtahandan kənarlaşdırılan tələbələr var.

Emtv.az xəbər verir ki,2018-2019-cu tədris ilininin payız semestrinin yekunu haqqında yerli mətbuata danışan Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli bu ali məktəbdə imtahanların müvafiq təlimatlara, əsasnamələrə uyğun keçirildiyini vurğulayıb. O xatırladıb ki, universitetin rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalamışdı:

“Əmrdə qeyd olunurdu ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saatdır. Göstərilən qaydalara uyğun imtahanlar baş tutdu. İmtahan prosesinin gedişini valideynlər də müşahidə edə bildilər. Mediatur təşkil olundu, baş redaktorlar, jurnalistlər imtahan prosesini izlədilər. Tələbələrin apellyasiya şikayəti bir imtahandan növbəti imtahana qədər araşdırıldı, müvafiq qərar qəbul olundu”.

Ağa Cəfərlinin sözlərinə görə, bu semestrdə kəsrli tələbələrin sayı əvvəlki semestrlərlə müqayisədə az olub:

“Bu isə düşünürəm ki, imtahan prosesinin daha şəffaf qaydada aparılması ilə bağlıdır. ADU-nun “Təhsil” fakültəsində digər fakültələrə nisbətdə daha çox tələbə oxuyur. Ona görə, bu fakültəsinin nəticələri də daha yüksək olub”.

Azərbaycan İqtisad Universitetindən (UNEC) də cavab ala bildik. Universitetdən Modern.az-a verilən məlumata görə, qış imtahanlarında UNEC tələbələrindən də kəsilənlər olub:

“Kəsilən tələbələrin konkret sayı, 2018/2019-cu tədris ilinin payız semestr imtahanlarının hesabatı yaxın müddətdə açıqlanacaq. Ümumi qiymətləndirməyə görə, bakalavr pilləsi üzrə 11.746 tələbə imtahanlarda iştirak edib.

9647 tələbə imtahanları müvəffəqiyyətlə başa vurub. 2099 tələbənin isə akademik borcu yaranıb. Universitet üzrə müsbət qiymət alan tələbələr 82 % təşkil edib. Ən yüksək göstərici Beynəlxalq İqtisadiyyat Məktəbində (98%) qeydə alınıb”.

Universitetdən bildirilib ki, artıq kəsilən tələbələr alt qruplara yazılıblar və kəsr aldıqları fənləri yenidən oxuyub, imtahan verəcəklər:

“Onu da qeyd edək ki, kəsri olan tələbə avtomatik təqaüddən də azad edilir”.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR