SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib

26-02-2019, 17:45 | Oxunub: 9 191 |

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib. 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimində “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib.

Emtv.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətin-ə istinadən xəbər verir ki, dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər məşq etdirilib.

Axtarış əməliyyat tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda yaradılmış birgə qərargahda toplanan məlumatlar təhlil edilərək mərkəzi qərargaha ötürülüb. Mərkəzi qərargahda Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin rəhbərliyi altında təlimin gedişi canlı videobağlantı vasitəsilə izlənilib.

Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, yerli hüquq-mühafizə və icra orqanlarının birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR