SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Gəncədə Azərbaycan və Türkiyə cərrahlarının birgə konfransı keçirilib

26-02-2019, 12:00 | Oxunub: 10 668 |

Gəncədə Azərbaycan və Türkiyə cərrahlarının birgə konfransı keçirilib

23-24 Fevral 2019-cu il tarixlərində Gəncədə Azərbaycan Tibb Universitetinin və Türk Hepato Pankreato Biliyar Cərrahiyyə dərnəyinin təşəbbüsü, Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatçılığı ilə Ramada Plaza Otelində "1-ci Azərbaycan-Türkiyə Hepato-Pankreato-Biliyar Cərrahiyyə" elmi-təcrübi konfrans keçirilib.

Emtv.az xəbər verir ki,iki günlük konfransın proqramını Laparoskopik Pankreas, Qaraciyər cərrahiyyəsi, Distal Pankreas rezeksiyası, Kəskin nekrotik pankreatitdə invaziv gastroenterologiyanın və invaziv radiologiyanın yeri, Hepatosellular xərçəngdə cərrahi və lokal müalicələr, Azərbaycanda HBP cərrahiyyəsinin və Qaraciyər transplantasiyasının mövcud vəziyyəti və digər mövzular təşkil edib.

Tədbir AMEA Müxbir üzvü, ATU I cərrahi xəstəliklər kafedrasının müdiri Prof. Dr. Nuru Bayramovun, Türkiyə Hepato Pankreato Biliyar cərrahhiyə cəmiyyətinin sədr müavini Prof. Dr. Mustafa Keremin və Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru T.ü.f.d. Uzm. Dr. İlkin İsmayılovun çıxışları ilə başlanıb. Bir neçə elmi məruzədən sonra, Gəncə Beynəlxalq Xəstəxanasında Azərbaycan və Türk mütəxəssisləri tərəfindən icra olunan çox mürəkkəb qaraciyər əməliyyatı canlı yayım vasitəsilə konfrans zalında nümayiş olunub. Canlı yayım zamanı əməliyyatı icra edən cərrahlar, tətbiq edikləri texnikalarını şərh edərkən, iştirakçılar tərəfindən onlara coxsaylı suallar ünvanlanıb.

Konfrans 2-ci iş gününə, maraqlı məruzə və müzakirələrdəndən sonra növbəti canlı əməliyyat nümayişi ilə davam edib. İlk əməliyyatda olduğu kimi də cərrahların icra etdiyi müasir metodlar geniş müzakirəyə səbəb olub. Əməliyyat bitdikdən sonra məruzəçilər çıxışlarını davam etdirib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR