17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
"Çoxmənzilli binaların sənədləşməsi məsələsi artıq həll olunmuş hesab edilməlidir"-Azərbaycan Prezidenti
Çoxmənzilli binaların sənədləşməsi məsələsi artıq həll olunmuş hesab edilməlidir.
Emtv.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi:
"Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər".
İlham Əliyev bildirib ki, dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır: "O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik".
Nəzrin Abbaszadə
Emtv.az