18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı
Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb.
Emtv.az xəbər verir ki, bu uğursuzluqla "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üzləşib. Müdafiəçi XVIII turun "Sabah"la səfər oyununda (1:1) öz qapısına qol vurub.
Bununla da Hüseynov Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb. Belə ki, "Qarabağ"ın futbolçusu Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Bədavi 2011/12 mövsümündə "Sumqayıt"da çıxış edərkən "Kəpəz"lə, 2013/14 mövsümündə isə "Qarabağ"ın heyətində "Simurq"la səfər oyunlarında da öz qapısına qol vurmuşdu.
Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox - 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda uğursuzluq yaşayıb.
Nəzrin Abbaszadə
Emtv.az