18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Ermənilər Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidirlər"-Türkiyə Prezidentinin müşaviri
Ermənilər qondarma "soyqırımı" iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidirlər.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Y.Topçu qeyd edib ki, Xocalıda əsrin ən böyük qanlı faciəsi törədilib: "1915-ci ildə Rusiya imperiyasından dəstək alan ermənilər Anadoluda bir çox şəhərlərdə, o cümlədən Qars, Ərzurum və Ərdahanda türklərə qarşı qanlı cinayətlər törədiblər".
Baş müşavir vurğulayıb ki, ermənilərin bir tərəfdən Xocalıda törətdikləri vəhşiliklərə göz yumması, digər tərəfdən isə 1915-ci il hadisələrinə görə Türkiyə əleyhinə iddia qaldırması əsla qəbuledilməzdir: "Arxivlər 1915-ci ildə erməni quldur dəstələrinin dinc türkləri qətlə yetirdiyinə dair faktlarla doludur".
Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına da toxunan Y.Topçu bildirib ki, rəsmi Ankara Yerevanın səmimiyyətinə inanmır: "Ermənilər məcbur qalaraq Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olardı. Tarixdə yaşanan hadisələr bu gün bu qərara gəlməyimizə əsas verir".
O əlavə edib ki, bu məsələdə Türkiyənin mövqeyi açıq və qətidir: "Ermənilər ilk növbədə işğal etdikləri Azərbaycan torpaqlarını azad edəcək, Azərbaycandan üzr istəyəcək, bütün bunlardan sonra isə Ankara Bakı ilə məsləhətləşərək vəziyyəti qiymətləndirəcək. Türkiyə və Azərbaycan Ermənistandan beynəlxalq hüquqa zidd bir şey tələb etmir. Ermənistan işğalçı dövlətdir".
Nəzrin Abbaszadə
Emtv.az