17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda məşhur məktəb bağlanır?
Bakı Modern Məktəbi VÖEN-nin (vergi ödəyicilərinin edintifikasiya nömrəsi) ləğv olunduğunu elan edib.
Emtv.az əbər verir ki, bu barədə Vergilər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 28 ünvanına bildirə bilərlər.
Bakı Modern Məktəbindən isə yerli mətbuata bildirilib ki, bu elanın verilməsi məktəbin bağlanılması demək deyil. Sadəcə olaraq, Bakı Modern Məktəbi öz VÖEN-ni ləğv edərək bundan sonra Bakı Modern Təhsil Kompleksinin VÖEN-i əsasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, Bakı Modern Məktəbi özəl təhsil müəssisəsidir. ВМТК (Bakı Modern Təhsil Kompleksi) 2012-ci ildən BMM (Bakı Modern Məktəbi) kimi fəaliyyətə başlayıb.
Nəzrin Abbaszadə
Emtv.az