17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Yeşilçam"ın aktyoru tualetdə dünyasını dəyişib - FOTO
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə mətbuatı "Yeşilçam"ın tanınmış aktyoru ilə bağlı məqalə hazırlayıb.
Məqalədə aktyor Yadigar Ejderin həyatı haqqında qısa məlumatlar verilib. Kemal Sunalla birlikdə filmlərə çəkilən aktyorun illərlə evsiz qalıb, parklarda yatdığı qeyd olunub.
Əsl adı Adnan Ayberk olan Yadigar Ejder 1951-ci ildə Sivas şəhərində dünyaya gəlib. 4 uşaqlı ailənin ən böyük uşağı olan Ejder 3-cü sinifdən məktəbi tərk edib.
O, 1968-ci ildə ilk dəfə filmə çəkilib. Aktyor 200-dən çox filmdə rol ifa edib. Yadigar "Şark Bülbülü" filmindəki Mazlum obrazı ilə şöhrət qazanıb.
İllər əvvəl onun Taksim parkında donaraq ölməsi ilə bağlı xəbərlər yayılsa da, məlum olub ki, aktyor 1991-ci ilin mart ayının 4-də yemək yediyi restoranın sanitar qovşağında infarkt keçirərək dünyasını dəyişib
Onun təzyiqlə bağlı problemi olub və şəkər xəstəliyindən əziyyət çəkib.
Nəzrin Abbaszadə
Emtv.az