18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı ölüb
Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova bu gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib.
Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.
Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov yerli mətbuata bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib.
Yeni doğulan körpənin vəziyyəti normaldır. Son 26 ildə Kürdəmir RMX-da ana ölümü baş verməyib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az