18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ATƏT-də Xocalı məsələsi qaldırılacaq
Azərbaycan nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Xocalı soyqırımı ilə bağlı məsələ qaldıracaq.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili məlumat verib.
O bildirib ki, sabah - fevralın 22-də ATƏT regionunda həlli uzadılmış konfliktlərin müzakirəsi olacaq.
"Bu məqsədlə xüsusi debat nəzərdə tutulub. Azərbaycan nümayəndə heyəti də bu debata aktiv qatılmağı planlaşdırır və konfliktlərin həlli üçün ədalətli mexanizmlərdən istifadənin vacibliyini irəli sürəcək. İkigərəfli görüşlərdə və çıxışlarda da Xocalı soyqırımı və münaqişə haqda yeni reallıqlarla b ağlı məlumatlandırma və ədalət tələbetmə xəttini davam etdirməyi düşünürük".
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər.
Qeyd edək ki, qurumun qış sessiyası çərçivəsində keçiriləcək komitə iclaslarında "Uzun sürən münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri", "ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə", "Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri" və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun tədbirlərinə qatılacaq, Avstriyanın İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən "Twin-Continent-1520" adlı yeni innovativ layihə ilə tanış olacaqlar.
Səfər çərçivəsində Vyanada İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası da keçiriləcək. Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev son bir ildə görülən işlər və gələcək fəaliyyət haqqında üzv ölkələrin nümayəndələrinə məlumat verəcək. İclasda İtaliyanın qrupa üzvlük haqqında etdiyi müraciət, Qrupun 2019-cu ildə təşkil edəcəyi Beynəlxalq İpək Yolu Konfranslarına hazırlıq və digər məsələlər müzakirə olunacaq.
Nəzrin Abbaszadə
Emtv.az