SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Süfrəmizdə çörək kəsən ermənilər sonra bizim qanımızı tökdülər"-Xocalı sakini

21-02-2019, 14:45 | Oxunub: 13 639 |

"Süfrəmizdə çörək kəsən ermənilər sonra bizim qanımızı tökdülər"-Xocalı sakini

Süfrəmizdə çörək kəsən insanlar sonra bizim qanımızı tökdülər.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş Vərziyar Əliyeva Qafqaz Müsəlmanları İdarəsində keçirilən "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!" adlı tədbirdə deyib.

O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı gecədə ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən sonra qarı sevmədiklərini qeyd edib: "Çünki bizim şəhidlərimizin qanı o ağ qarı qırmızı rəngə boyadı. Həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanının müdafiəsi zamanı son damla qanına qədər döyüşərək şəhid olub. Atam 57 yaşlı Hüseynov Mürşüd beşatılan tüfəngi ilə qəhərmancasına döyüşüb və şəhid olub. Mən hələ də beşatılan gülləni saxlayıram. O hadisədə bacım ailəlikcə, övladları ilə birgə itkin düşüblər. Hələ də onlar haqqında məlumat yoxdur. Onun ailəsindən bir oğlu yadigar qalıb. Hazırda polisdir. Övladı da var.

Bizim qadınlar da kişilərlə bərabər əllərindən gəldiyi qədər döyüşdülər. Biz hələ ölməmişik, yaşayırıq. bizim qadınlarımız şəhidlərin övladlarını qeyrətlə böyütdülər".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR