18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Xankəndidə keçirilməsi planlaşdırılan yarışla bağlı FİFA-ya müraciət hazırlanıb
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi FIFA-ya, Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına və BMT-nin əlaqədar orqanlarına müraciət hazırlayıb.
Emtv.az xəbər verir ki, qurumun sədri Ramil İskəndərlinin yerli mətbuata verdiyi məlumata görə, buna səbəb Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki Xankəndi şəhərində tanınmamış separatçı bölgələri təmsil edən yığmalar arasında futbol üzrə Avropa Kubokunun keçirilməsidir.
Müraciətdə bildirilir ki, bu cür tədbirlə, ilk növbədə, BMT-nin tanıdığı bir neçə ölkəyə qarşı ərazi iddialarının ortaya qoyulması ilə yanaşı, xüsusən də yarışın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi narahatlıq doğurur.
Bəyanatda Ermənistanın dəstəyi ilə keçiriləcək Avropa Kubokunun beynəlxalq hüquq prinsipləri və Azərbaycan qanunvericiliyinə zidd olması ilə bərabər, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əlaməti olduğu vurğulanıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində qismən irəliləyişin müşahidə olunduğu zamanda, ATƏT Minsk Qrupu həmsədrlərin münaqişə tərəflərinin ölkə əhalisinin sülhə hazırlanması barədə söylədikləri fikirlərin fonunda bu cür təxribat xarakterli kütləvi beynəlxalq yarışın Azərbaycan dövlətinin razılığı olmadan işğal olunmuş ərazilərdə keçirilməsi Ermənistanın sülh niyyətli olduğuna şübhə yaranamasına dəlalət edir".
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Ermənistanın və Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının bu cür təxribatçı fəaliyyətini qətiyyətlə pisləyib və əlaqədar beynəlxalq qurumlardan məsələyə münasibət bildirməsini tələb edib.
Qeyd edək ki, 2014-cü ildə İsveçin Ostersund şəhərində təsis edilmiş və heç bir dövlət tərəfindən rəsmi tanınmayan "Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası" (CONİFA) cari ilin iyununda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində, Xankəndi şəhərində tanınmayan separatçı bölgələr təmsil edən yığmalar arasında futbol üzrə Avropa Kuboku təşkil edəcək. Bu yarışda FIFA və qitə futbol qurumları, ö cümlədən, BMT tərəfindən tanınmayan separatçı bölgələr olan "Luqansk Xalq Respublikası", "Laplandiya", "Dağlıq Qarabağ", Nitsa, Xameriya, "Abxaziya Respublikası", Sardiniya, Padaniya və "Donetsk Xalq Respublikası", "Qərbi Ermənistan", "Cənubi Osetiya"nın iştirakı gözlənilir.
Nəzrin Abbaszadə
Emtv.az