SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

18-02-2019, 15:40 | Oxunub: 8 977 |

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

"Qarabağ"ın U-19 komandasının 2016/17 mövsümünü qızıl medallarla başa vurmasına, ardınca əsas komandanın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ən çox sevinən Rəşad Sadıqov və yetirmələri idi. Komandanın o vaxtkı baş məşqçisi olan "Qarabağ"ın hazırkı kapitanının rəhbərlik etdiyi kollektiv seçmə mərhələ oyunları oynamadan birbaşa qrupda iştirak etmək şansı qazanmışdı.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, qrupdakı rəqiblər isə "Çelsi", "Atletiko" və "Roma"nın eyni yaş qrupundan olan komandaları idi. Ağdamlılar bütün oyunları məğlub başa vursalar da, səfərdə "Atletiko" üzərində qazanılan 1:0 hesablı qələbə indiyə qədər yaddaşlardadı. Həmin komandanın heyətində aparıcı oyunçu, kollektivin "vuran ayağı" Yaroslav Deda sayılırdı. Madriddə "Atletiko"nun qapısına vurulan yeganə qolun müəllifi olan ukraynalı bu komandanı Bakıda da məyus etməyi bacarmışdı. Daha bir dəfə isə "Çelsi" ilə Bakıdakı görüşdə fərqlənməyə imkan tapmışdı.

Dedanın futbolçu bacarığı və məhsuldarlığı təkcə əsas komandanın baş məşqçisi Qurban Qurbanovun yox, U-21-in məşqçilər heyətinin də diqqətini çəkmişdi. Hətta onun yaxın gələcəkdə əsas millinin aparıcı fiqurlarından birinə çevriləcəyi güman olunurdu. Lakin sonradan nə baş verdisə, "Qarabağ" bu futbolçu ilə yolları ayırmaq qərarına gəldi. Çox güman, xarakterindəki nöqsanlar və özündən razılığı Qurbanovun ürəyincə deyildi.

Üstündən xeyli vaxt keçsə də, 1999-cu il doğumlu futbolçu hələ də klubsuzdur. Buna səbəb isə "Qarabağ"la 2021-ci ilə qədər davam edən müqaviləsinin olmasıdı. Yəni Dedanı heyətində görmək istəyən klub ilk növbədə təmsilçimizə müraciət etməlidi. Di gəl ki, indiyə qədər bu yöndə hansısa yenilik yoxdu. Məsələni diqqət mərkəzində saxladığımızdan, "Qarabağ"ın Futbol Akademiyasının meneceri Fərid Ağayevlə əlaqə saxladıq: "Deda hazırda Antalyada toplanış keçən "Karpatı"nın düşərgəsində baxışdadı. Məşqçilər heyəti futbolçunu komandada görməkdə maraqlıdı. Və çox güman, onunla müqavilə bağlanacaq. Hələ ki qarşı tərəfdən bizə rəsmi müraciət olmayıb. Dediklərinə görə, klub rəhbərliyi də Antalyada olduğundan, sənədləşmə işlərində durğunluq yaranıb. "Karpatı" bizə müraciət edəndən və keçidin detalları müzakirə olunandan sonra transfer vərəqini göndərəcəyik. Təbii ki, keçid pulsuz başa gəlməyəcək. Buna görə Ukrayna klubundan müəyyən məbləğ alacağıq. Çünki Dedanı "Qarabağ"a gətirəndə klub rəhbərliyi ona görə "Volın"a müəyyən vəsait ödəmişdi. Hələ ki gözləyirik. Yaxın günlərdə dəqiq məlumat olacaq".

Maraq üçün qeyd edək ki, Yaroslav "Qarabağ"a gələnə qədər "Volın"ın sıralarındaydı. 17-18 yaşı olmasına baxmayaraq, Lutsk təmsilçisinin heyətində elitada 11 oyuna çıxıb, meydanda 453 dəqiqə görünmüşdü. Buna qədər isə Ukraynanın U-16 və U-17 yığmalarının şərəfini qorumuşdu.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR