SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Faiq sənətkardırsa, onda sənətkarlar kimdir?”- Flora Kərimova

15-02-2019, 16:22 | Oxunub: 13 183 |

“Faiq sənətkardırsa, onda sənətkarlar kimdir?”- Flora Kərimova

Emtv.az xəbər verir ki, yerli KİV-ə səsləndirilən ittihamlarla bağlı xalq artisti Flora Kərimovaya müraciət edib. Flora Kərimova sərt açıqlamalarla Faiq Ağayevə cavab verib.

"Mənim əlimdə məhkəmə qərarı var. Onun danışmağa hələ üzü də var. Faiq Ağayevin özünü sənətkar adlandırması gülüncdür. Faiq sənətkardırsa, onda sənətkarlar kimdir. Hansı populizmlə məni günahlandıra bilər? Sənətimin populizmi, namusumun populizmi, evimdə olan ab-hava populizmi, vətəndaşlığımın populizmi ilə məni günahlandıra bilər..."

"O tankın qabağında durub? O müharibə rayonlarını gəzib? O Ağdarədə olub? Mənim qədər vətən üçün, millət üçün oxuyan və edən bir sənət adamının yerinə özünü görür. Ya da məni pisləməklə, mənə böhtan atmaqla özünə Milli Məclisə yol açır, deputat kimi görür. Bu xam xəyallarla özünü aldatmaq, ancaq ağılsız adamlara xasdır. Bununla sən kim olduğunu təsdiq etdin."

Daha sonra sənətkar Faiq Ağayevin onu yaşlı olması ilə günahlandırmasına və yaşına görə xalqın guya ona inanmasına da münasibət bildirib.

"Birinci mənim 70 yox, 78 yaşım var. İkincisi xalq mənə bütöv sözümə görə, həyat tərzimə görə, bu millətə, vətənə yanqıma görə inanırlar. Mən həyatımı Faiq Ağayev kimi yaşamamışam. Kimdir Faiq Ağayev? Faiq Ağayevin fiziologiyasının möhürü bir özündədi, bir elədikləri məşuqlarındadı? Elədiyi porno kasetlərdədi, onun keçmiş xanımının dilindən açıqlanan biabırçı xasiyyətnaməsindədi, bir də mənim əlimdə olan Səbail rayon məhkəməsinin çıxardığı qərarda. O bu qərarı imzalamaqdan aylarla qaçırdı. Onu polislə tapıb imzalatdırdılar. Mənə kimləri göndərdi ki, mən heç olmasa onunla sülh sazişi bağlayım. Elə yalvara -yalvara da durdu. İndi nə donquldanır orda. Millətin hafizəsi ilə zarafat edir. Faiq Ağayev bel şeyləri xatırlasın və sussun. Adətən aşıqların sözü qurtaranda dalay-dalay deyirlər. Ancaq səsi olmayan Faiqin bu biabırçılıqdan necə çıxmağa dalayı-dalayı da yoxdur."

Qeyd edək ki, F. Ağayev xalq artisti Flora Kərimova haqda bunları deyib.

"Bu köhnə üsuldur. Aşığın sözü qurtaradan "dalay-dalay" deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova endirilmiş sosial məsuliyyəti olan bir qadındır. O, sırf populizmlə məşğuldur. Deyirlər ki, kişi ağlamaz. Niyə? Kişi böyük faciədən təsirlənib ağlaya bilər. Və yaxud "qızını döyməyən dizini döyər " kimi heyvani hisslərin üzərindən qurulmuş ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib. Savadı olmayan, öz daxili dünyasını çərçivədən çıxarmayanlara belə ittihamlar lazımdır. Sən rəqibini vura bilmirsənsə, bu üsula əl atacaqsan. Flora Kərimovanın arqumenti yoxdu deyə, düşünüb ki, 70 yaşı var, hər kəs ona inanacaq. Bu səbəbdən belə deyib".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR