18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Görən olsaydı güllələyə bilərdilər" - Səddam Hüseynin nəvəsi İraqdan qaçdıqları gündən danışdı
Hava soyuq və hər yer qaranlıq idi.
Emtv.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri keçmiş İraq prezidenti Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil ölkədən qaçdıqları gün barədə danışarkən söyləyib.
Keçmiş liderin nəvəsi Hüseyin Kamil 2003-cü ildə İraq-Suriya sərhəddini piyada keçdiklərini dilə gətirib. 32 yaşlı Hüseyn Kamil müəllifi olduğu "Səddamın nəvəsi" adlı kitabı barədə də danışıb. O bildirib ki, kitabda Səddam Hüseyn, ailənin qadın üzvləri və babası ilə bağlı xatirələrdən bəhs edib.
"Mən İraq vətəndaşıyam. Səddam Hüseynin qızı Rağadın övladıyam", - deyən Hüseyn Kamil ABŞ-ın İraqı işğal etdiyi gün yaşananlar barədə mətbuata açıqlama verib.
"ABŞ qoşunları İraqa daxil olanda ailə üzvlərimiz, uşaqları ilə birlikdə ölkəni tərk etdik. Həmin gecə hava soyuq və ətraf qaranlıq idi. İraq-Suriya sərhəddini gəzərək keçdik. Bu, bizim üçün böyük risk idi. Bizi görən olsaydı, güllələyə bilərdilər. Sonradan İordaniyada qonaqladıq. Bizə ərəb pasportu, aylıq maaş və ev verildi".
O, daha sonra bildirib ki, hazırda ailəsini ölümlə təhdid edirlər.
Nəzrin Abbaszadə
Emtv.az