17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan Rusiyaya 21 ton fındıq ixrac edəcək
Xəbər verildiyi kimi, Azərbaycan məhsulları Moskvada keçirilən "Prodexpo 2019" beynəlxalq ərzaq sərgisində nümayiş olunur.
Emtv.az İqtisadiyyat Nazirliyin-ə istinadən xəbər verir ki, artıq sərgidə iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.
Belə ki, Azərbaycanın "Azhazelnut" şirkəti 21 ton fındığın, "A+Co" şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıblar. "Cəlilabad Şərab-2" şirkəti isə iki Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.
Bundan başqa, Azərbaycanın "Gilan Agro and FMCG Group" şirkəti konserv məhsullarının, "Cuve" şirkəti fındığın, "Aznar" şirkəti nar şirəsinin, "D fruits" şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, "Tac" şirkəti sərinləşdirici içkilərin, "Buta Agro" şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəliblər.
"Prodexpo 2019" beynəlxalq ərzaq sərgisi fevralın 15-ə kimi davam edəcək.
Nəzrin Abbaszadə
Emtv.az