18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Avropa Oyunlarına gedən samboçularımızın adları açıqlandı
21-30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında sambo üzrə millimiz kişilərdə altı çəkidə təmsil olunacaq.
Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata millimizin baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib. Onun sözlərinə görə, yalnız bir çəkidə Azərbaycanı hansı idmançının təmsil edəcəyi hələ dəqiqləşməyib:
“Ağasif Səmədov (-52 kq), Mehman Xəlilov (-57 kq), Cavidan Qarayev (-62 kq), Emil Həsənov (-68 kq) və Ceyhun Hüseynov (-82 kq) Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək. Yalnız 74 kq-da ora gedəcək idmançı hələ müəyyənləşməyib. Həmin idmançı Samir Kərimov, Abdulla Abdullayev və Zülfiqar Zülfiqarovdan biri olacaq.
Martın 21-24-də Rusiyanın paytaxtı Moskvada Xaralampiyevin xatirəsinə həsr olunmuş ənənəvi Dünya Kuboku keçiriləcək. Ola bilsin ki, həmin yarışdan sonra və ya daxili toplanışlarımız zamanı heyətimiz tam dəqiqləşsin".
Baş məşqçi qeyd edib ki, Avropa Oyunlarında ilk dəfə qız samboçumuz iştirak edə bilər: "Bunun üçün Avropa Sambo Federasiyasına müraciət etmişik, onlardan cavab gözləyirik. Bu qız idmançı yerli də ola bilər, əcnəbi də. Biz istəyirik ki, azərbaycanlı qız olsun”
Nəzrin Abbaszadə
Emtv.az