17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Sumqayıtda qalmaqallı məktəb direktoru işdən çıxarıldı
Sumqayıtda qalmaqallı məktəb direktoru vəzifəsindən azad edilib.
Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata Sumqayıt şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyev məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt şəhər 9 nömrəli məktəbin direktoru Həqiqət Abdullayeva bu gündən etibarən tutduğu vəzifədən azad edilib:
“Bu gündən etibarən Sumqayıt şəhər 9 nömrəli məktəbin direktor vəzifəsinin müvəqqəti icrası mənə tapşırılıb. Hazırda direktor vəzifəsinə təyinatla bağlı qərar qəbul edilməyib. Daha əvvəl yaşanan problemlə bağlı araşdırma isə davam edir”.
Xatırladaq ki, H. Abdullayevanın adı mətbuatda məktəbdə baş verən hadisələrlə bağlı tez-tez hallanırdı. Son olaraq 9 saylı orta məktəbin direktor müavini Təranə Nəsirova Sumqayıt şəhər prokurorluğuna Həqiqət Abdullayeva barəsində şikayət ərizəsi ilə müraciət edib. İddiaya görə, T.Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini təhqir etdiyini yazıb.
Nəzrin Abbaszadə
Emtv.az