18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda kişi sosial şəbəkələrdə tanış olduğu qadını dəfələrlə zorladı - CİNAYƏT İŞİ
Nizami Rayon Məhkəməsində zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamada ittiham edilən Roman İbrahimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin edilib və R.İbrahimov barəsində 3 ay müddətinə həbs seçilib.
İttihama görə, R.İbrahimov sosial şəbəkədə Samirə Əliyeva (ad və soyad şərti verilib – red.) ilə tanış olub.
Daha sonra Roman İbrahimov Samirə ilə görüşməyə başlayıb. Roman Samirəni Bakıda Nizami rayonu ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.
R.İbrahimov həmin evdə Samirə ilə dəfələrlə zorla intim əlaqədə olub. Daha sonra o, Samirəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Samirə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.
Roman Samirəni hədələyən zaman silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Samirə həmin evdə qalmağa razı olub.
Nəzrin Abbaszadə
Emtv.az