18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sumqayıtda oğru tutuldu
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıtda ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Emtv.az DİN-nin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, 1 gözəllik salonundan 54 manat, 1 evdən qızıl əşyalar və 1 avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən, şəhər sakini X.Məmmədli saxlanılıb.
Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.
1-ci Polis Bölməsi əməkdaşalrının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən 17 manat pul və tütün məmulatı, ayrı-ayrı 3 vətəndaşın isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin F.Rzayev olması müəyyən edilib.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxsi avtomobillə birgə saxlayıblar. "VAZ-2106" markalı avtomobili qaçıran şəxsin şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə tutulmuş M.Zəkiyev olması müəyyən edilib.
Nəzrin Abbaszadə
Emtv.az