17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ərdoğan Türkiyə və Azərbaycan arasındakı protokolu təsdiq etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair protokolu təsdiq edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, sənəd iki ölkənin Silahlı Qüvvələri arasında hərbi təlim-tədris və əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.
Protokol tərəflər arasında icra ediləcək fəaliyyətlərdə iştirak edəcək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətlə bu fəaliyyətlərin icra ediləcəyi hərbi hissə, təşkilat və müəssisələri əhatə edir.
Həmçinin protokolun məqsədi Türkiyə Baş Qərargahı ilə Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında həyata keçiriləcək şəxsi heyət mübadilələrinin icra əsaslarını, icra müddətində vəzifə, səlahiyyət və öhdəlikləri müəyyənləşdirməkdir.
Nəzrin Abbaszadə
Emtv.az