18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rusiya və Azərbaycan arasında salınan körpünün tikintisinə baxış keçirildi
Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinə baxış keçirilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.
Qeyd edək ki, körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Yeni körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilir.
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarət olacaq. Burada eni 3,75 metr olacaq qapalı piyada zolağı da nəzərdə tutulub.
Nəzrin Abbaszadə
Emtv.az