18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şantajda ittiham olunan Mahmud Tağıyevin işi məhkəmədə
Azərbaycanda şantajla pul tələb etməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, "Qafqaz" Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Tağıyev Mahmud Rasim oğlu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Onun cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində "ŞURATAZ LTD" MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və "Nort Vest Konstrakşn" MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.
Agentlik rəhbəri barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi üzrə toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun icraatına verilib.
Emtv.az xəbər verir ki, M.Tağıyevlə bağlı məsələ ictimailəşməsə də o, hələ ötən ilin ortalarıda həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib. Onunla bağlı aparılan istintaq zamanı xeyli məqamlar üzə çıxıb. Buna görə də işin istintaqı aylarla vaxt aparıb. Nəhayət, bu günlərdə yekunlaşan istintaqdan sonra cinayət işi baxılması üçün məhkəməyə verilib.
Nəzrin Abbaszadə
Emtv.az