18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanlı hərbçi xəstəxanalıq oldu
Gürcüstanın Krtsanisi təlim mərkəzində insident baş verib.
İnsident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev "Rustavi" klinikasına yerləşdirilib.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci kanal"ı məlumat yayıb.
Müdafiə Nazirliyindən kanala bildirilib ki, emosional fonda yaranmış sözlü mübahisə zamanı çağırışçılardan birinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Nazirlik hərbçinin zədə almadığını və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacağını açıqlayıb.
"Rustavi" klinikasının növbətçi həkimi Tamar İakobidze isə kanala açıqlamasında bildirib ki, E.Əfəndiyev müalicəsini hərbi hosbitalda davam etdirəcək. Onun sözlərinə görə, hərbçi özü başından travma aldığını desə də, kompüter tomoqrafiyası hər hansı zədə aşkarlamayıb.
Elcanın atası Elbrus Əfəndiyev isə oğlunun hərbi bazada döyüldüyünü və klinikaya huşsuz vəziyyətdə çatdırıldığını bildirib.
Nəzrin Abbaszadə
Emtv.az