18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Şpaqaçılarımız Belqradda keçirilən Dünya Kubokunda çıxış ediblər
Serbiyanın paytaxtı Belqradda qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Emtv.az Azərbaycan Qılıncoynatma Federasiyasın-a istinadən xəbər verir ki, gənc şpaqaçılarımızdan Ruslan Həsənov kişilərin şəxsi yarışında qrup mərhələsində keçirdiyi altı görüşün üçündə qalib gələrək pley-offa vəsiqə qazanıb. Pley-offda Macarıstan idmançısı Nandor Zakmari üzərində qələbə qazanan şpaqaçımız 1/64 finalda italiyalı Alessandro Ciniyə məğlub olub.
Qrupda keçirdiyi beş görüşdən üçünü qələbə ilə başa vuran Barat Quliyev isə pley-offda Belarus təmsilçisi İvan Baxvalaunu məğlub edib. O, 1/64 finalda fransalı Teo Kollinə uduzub.
Qrup mərhələsində altı oyunun ikisində uğur qazanan Xalid Əliyev pley-offda rusiyalı Aleksandr Sobolev ilə görüşdən məğlub ayrılıb.
Kənan Məlikzadə isə qrupda keçirdiyi beş görüşün hamısında məğlub olub.
Gənc şpaqaçılarımız komanda yarışında onaltıdabir final mərhələsində Qazaxıstan yığmasına uduzub.
Nəzrin Abbaszadə
Emtv.az