17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Xərçəngə qalib gəlməyin yeni yolu tapıldı
Britaniyanın Solford Universitetinin alimləri bədxassəli şişlərin artımına gətirib çıxaran xərçəngli kök hüceyrələri müəyyən etməyin yolunu tapıb.
Tədqiqatçıların sözlərinə görə, bu hüceyrələrin dərman preparatlarının köməyi ilə dəqiq işlənilməsi bədxassəli törəmələri xroniki xəstəliklərə çevirməyə kömək ola bilər.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki,mütəxəssislər insanın döş vəzisinin şişindən götürülmüş bədxassəli şiş nümunələrini tədqiq edib.
Məlum olub ki, bütün hüceyrə populyasiyasının 0,2 faizini təşkil edən bədxassəli kök hüceyrələri özünəməxsus əlamətlərə malikdir.
Bu hüceyrələr külli miqdarda enerji ərsəyə gətirir və suspenziyada sürətlə çoxalır; artıq onun toxumaya yapışmasına lüzum qalmır. Sonuncu özəllik onun metastaz verməsinə, yəni qan-damar sistemi ilə digər toxuma və orqanlarla keçib, ikinci dərəcəli şişli ocaqlar formalaşdırmasına vasitəçilik edir.
Tədqiqatçılar bu hüceyrlərin fosforlaşa bildiyini, yəni uzun müddət ərzində udduğu enerjini işıq şəklində əks etdirə bildiyini öyrənib.
Alimlərinə sözlərinə görə, onlar bu xüsusiyyətinə görə xərçəngli kök hüceyrələrini müəyyənləşdirə bilir. İndi tədqiqat qrupu belə hüceyrələrin çoxalmasını əngəlləyən preparatlar hazırlamaq niyyətindədir.
Belə vasitələrdən biri ribosiklip preparatıdır. Hüceyrə siklinin inhibitorları sayılan preparatlar ABŞ-ın Qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən təsdiq olunub.
Nəzrin Abbaszadə
Emtv.az