18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Müzakirə olunan bütün mövzular Dağlıq Qarabağın işğalının sona çatması ilə bağlıdır
Aydın məsələdir ki, bu gün müzakirə olunan bütün mövzuların sonu Dağlıq Qarabağın işğalının sona çatması ilə bağlıdır.
Torpaqların işğaldan necə azad olunması üzrə müxtəlif variantlar axtarılır.
İstisna deyil ki, torpaqların işğaldan azad olunmasına başlandığı andan rəsmi Bakı və Ankara Yerevanla iqtisadi və siyasi münasibətləri ən geniş formada bərpa edəcək.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Müasir Türkiyəni Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Yuriy Mavaşev deyib.
Türkiyənin hazırda qonşu ölkələrlə əlaqələrin saxlanılmasında və inkişaf etdirilməsində maraqlı olduğunu deyən ekspert, bunun müəyyən müsbət nəticələrin əldə olunmasına yönəldiyini nəzərə çatdırıb: "Türkiyə qonşularla bağlı müəyyən addımlar atır. Məqsəd isə müsbət nəticələrin əldə olunmasıdır. Qeyd etmək lazımdır ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə sanki durğunluq aradan götürülüb. Əlbəttə, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi beynəlxalq çətin məsələlərin həll onunması üçün daxili və ictimai-siyasi dinamika lazımdır".
Y.Mavaşev rəsmi Ankaranın həmişə Bakının yanında olduğunu nümayiş etdirdiyini söyləyib: "Rəsmi Ankara hər zaman Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycan xalqı ilə qardaşlığını heç vaxt qurban verməyəcək. Sadəcə, çevik siyasi xətti və konformizmi bir birindən ayırmağı bacarmaq lazımdır".
Nəzrin Abbaszadə
Emtv.az