18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Orta maaşa nə qədər benzin düşür?
Rusiyanın “RİA Novosti” agentliyi bir çox ölkədə benzinin qiymətinə nəzər salıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, mətbuatın araşdırmada bildirilir ki, Lüksemburqda orta əməkhaqqına 3 min litrdən çox benzin almaq mümkündür.
Norveçdə bu göstərici 2,3 min litr, Avstriya, Böyük Britaniya, İsveç və Danimarkada 1,9 min litrdir.
Hesabata əsasən, rusiyalılar orta əməkhaqqına 826 litr 95 markalı benzin ala bilər. Ukraynada orta əməkhaqqına 247 litr benzin düşür.
“RİA Novosti”nin tərtib etdiyi reytinq 33 Avropa ölkəsinin və Qazaxıstanın göstəricilərinə əsaslanıb. Arayışa görə, ən ucuz benzin Qazaxıstandadır. Bu ölkədə 95 markalı benzinin litrini rus pulu ilə 30,9 rubla almaq mümkündür.
Rusiyada benzinin litri 45 rubla, Belarusda 46,9 rubla, Ukraynada 72,1 rubla satılır.
Ən bahalı benzin Niderlandadır: 1 litr üçün 117,7 rubl.
Emtv.az bildirir ki, Azərbaycanda ən ucuz benzinin – Aİ-92 markalı benzinin 1 litri 90 qəpikdir. 2018-ci il dekabrın 1-nə ölkədə orta aylıq əməkhaqqı 540,1 manat olub. Bu pula 600 litr Aİ-92 markalı benzin düşür.
Nəzrin Abbaszadə
Emtv.az