SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Neft Fondu qızıl ehtiyatlarını 100 tona çatdıracaq

4-02-2019, 12:59 | Oxunub: 10 586 |

Neft Fondu qızıl ehtiyatlarını 100 tona çatdıracaq

Azərbaycan Dövlət Neft Fondu 2019-cu ildə qızıl ehtiyatılarının həcmini 100 tona çatdırmağı hədəfləyib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, 2018-ci ilin sonuna neft fondunun investisiya portfelində qızılın payı 1 mln. 638 min 186,3 troya unsiyası təşkil edib, bu isə 2 mlrd 93,09 mln. dəyərindədir.

ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmayacağını bəyan edəndən sonra qızıl bazarında tələb yüksəlib.

Ş.Mövsümovun sözlərinə görə, qlobal iqtisadiyyatın inkişaf templərinin zəifləməsi, ABŞ və Çin arasında ticarət münasibətlərinin necə olacağı barədə qeyri-müəyyənlik, həmçinin, fond bazarındakı volatillik, o cümlədən, ABŞ-dakı məlum “şatdaun” qızıla tələbi yüksəldib.

“Biz qərara aldıq ki, indi səhmlərə sərmayə qoymaq vaxtı deyil və bunda yanılmadıq. Təcrübə göstərdi ki, 2018-ci ildə bu cür aktivlər üçün çox pis il oldu”.

O bildirib ki, 2019-cu ildə fondun aktivləri 2,3 mlrd. dollar artaraq 40 mlrd. dollaradək yüksələcək.

Qeyd edək ki, prezident İlham Əliyevin fərmanı ilə fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı qaydalara dəyişiklik edilib və qızıla yatırıla bilən vəsaitlərin həcmi 10%-dək artırılıb.

İstiqrazların və pul bazarı alətlərinin payı isə 60%-dən 55%-ə endirilib. Fond keçən il aktivlərin idarə olunmasından “çox kiçik” gəlir əldə edib, amma fond rəhbərliyi bildirir ki, məhz səhmlərə investisiyanın artırılmaması səbəbindən daha böyük zərərin qarşısı alınıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR