SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda uşaqlı ailələrdə boşanma sayı artıb

4-02-2019, 11:17 | Oxunub: 10 282 |

Azərbaycanda uşaqlı ailələrdə boşanma sayı artıb

Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 1990-cı ildə ölkədə 14 040 boşanma halı qeydə alındığı halda, 1995-ci ildə bu rəqəm 2 dəfədən çox azalaraq 5 669-a enib. 2017-ci ildə isə boşananların sayı yenidən 14 514-ə çatıb ki, bu da 1990-2017-ci illər ərzində qeydə alınan ən yüksək göstəricidir. 2018-ci ilin yalnız yanvar-oktyabr aylarında (2018-ci il üzrə yekun hesabat açıqlanmayıb) qeydə alınmış boşanma hallarının sayı 12 396 təşkil edib.

Ümumilikdə boşananlar arasında uşaqsız ailələr çoxluq təşkil edir. Lakin göstəricilərdən aydın olur ki, ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb.

1990-cı illə müqayisədə 2017-ci ildə, yəni 27 il ərzində (2018-ci il istisna olmaqla) bir uşağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox uşağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb.

1990-cı ildə boşananların 8 853 nəfəri uşağı olmayan, 2 045-i bir uşağı olan, 3 142-i iki və daha çox uşağı olanlar olduğu halda, 2017-ci ildə boşananların 6 444 nəfəri uşağı olmayan, 3 946 nəfəri bir uşağı olan, 4 124 nəfəri iki və daha çox uşağı olan şəxslər olub.

Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, uşaqlı ailələr arasında ən yüksək boşanma göstəricisi isə 2017-ci ildə qeydə alınıb.

2017-ci illdə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13 110 olub ki, bu da hər 100 boşanmaya 162 uşağın düşməsi deməkdir.

Ümumilikdə götürdükdə, boşanmalar daha çox şəhər yerlərinin payına düşsə də, kənd yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı artıb, şəhər yerlərində isə əksinə, azalıb.

1990-cı ildə şəhər yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 3,5 olduğu halda, 2017-ci ildə bu göstərici 1,9-a enib. Kənd yerlərində isə 1990-cı ildə 0,2 olan boşanma göstəricisi 2017-ci ildə 1-ə çatıb.

2017-ci ildə boşanma halları ən çox 30-34 (3 568) 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar (3 803) arasında baş verib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Trend-ə Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını söyləyib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR