18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Putin ABŞ-la raket sövdələşməsini dayandırdı
ABŞ-ın analoji addımına cavab olaraq Rusiya Orta və kiçik mənzilli raketlərin ləğv olunması haqqında Müqavilədə iştirakını dayandırır.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin bəyanat verib.
“Bizim cavabımız qarşılıqlı olacaq. Amerikalı tərəfdaşlar Müqavilədə iştiraklarını dayandırdıqlarını elan etdilər, biz də dayandırırıq”, -deyə Putin Rusiya XİN rəhbəri Serqey Lavrov və Müdafiə Naziri Serqey Şoyqu ilə keçirdiyi görüşdə bildirib.
1987-ci ildə ABŞ və Rusiya arasında imzalanmış müqavilə radiusu 500-dən 5500 km-ə qədər olan ballistik və qanadlı raketlərin istismarını və saxlanılmasını qadağan edir.
1991-ci ilə kimi bütün raketlər utilizasiya edilib. Ancaq 2014-cü ildə amerikalılar Rusiyanın 9M729 qanadlı raketinin 500 km-dən uzaqda olan hədəfləri vura bildiyini, ona görə müqavilənin tələblərini pozduğunu iddia edib. Rusiya sonradan bu iddiaları rədd edərək raketin təsir dairəsinin cəmi 480 km olduğunu bildirib.
Nəzrin Abbaszadə
Emtv.az