SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Yanğın işi”: Mən cadugər, uzaqgörənəm ki?

31-01-2019, 15:44 | Oxunub: 12 981 |

“Yanğın işi”: Mən cadugər, uzaqgörənəm ki?

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov, onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Mərkəzin direktoru olmuş, təqsirləndirilən şəxs Telman Məmmədhəsənov sərbəst ifadə verib.

2011-ci ildən Mərkəzə rəhbərlik etdiyini deyən T.Məmmədhəsənov ona qarşı elan olunmuş ittihamlarla razılaşmayıb. O deyib ki, heç bir xəstənin Mərkəzdəki müalicəsi qeyri-qanuni olaraq uzadılmayıb:“İttihamda yazılır ki, guya təqsirləndirilən Məhəmmədi məcburi müalicəyə saxlamışıq, müddəti uzatmışıq. Əvvəlcə qeyd edim ki, xəstənin qəbulu, onun müalicəsinə nəzarət mənim işim deyil. Təlimat var və orada hər kəsin vəzifəsi qeyd edilib. Əgər hər hansı bir xəstə qeyri-qanuni mərkəzə qəbul edilibsə, bunu edənlər cəzalandırılmalıdır. Axı mən hər gün onların yanında olmurdum. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm.Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər, müalicələri bitəndə də könüllü olaraq çıxıb gediblər. Mənim bu işdən necə xəbərim olub ki, mən heç Məhəmmədin ailəsini tanımıram. Məhəmmədi ailəsinin məcburi Mərkəzə gətirdiyi, bəzi şəxslərlə əlbir olduğu yazılıb. Mən onları tanımıramsa, necə əlbir olmaqdan söhbət gedə bilər? Bir daha qeyd edirəm ki, təlimatda mənim vəzifələrim var. Mən o zaman özümü günahkar bilərdim ki, Mərkəzdə bütün ştatlar ləğv edilsin və bütün işləri mən görüm. Xəstəyə iynəni də mən vurum, müalicəni də mən aparım. Belə sual yaranır ki, vəzifə bölgüsü, təlimat nə üçündür?Mərkəzdə hamı üçün normal şərait yaradılıb. İmkan daxilində ən yaxşısını etmişik. Hətta biz özümüz yeni Mərkəzin inşa edilməsi üçün müraciət etmişik. Mərkəzə ayrılan bir iynə belə kənara gedə bilməzdi. Hər şey xəstəyə verilirdi”.

T.Məmmədhəsənov əlavə edib ki, bu hadisə bilərəkdən törədilən cinayətdir:“İttihamda da göstərilir ki, bu hadisə bir nəfər tərəfindən bilərəkdən törədilib. Belə olan halda, bilərəkdən törədilən cinayətə görə mən niyə məsuliyyət daşımalıyam? Əgər yanğın təhlükəsizliyi ilə bağlı səhlənkarlıq edilsəydi belə, həmin yanğından xilas olmaq mümkün deyildi. Çünki bina köhnə və yararsız idi. Mən cadugər, uzaqgörənəm ki, kimin ağlında nə olduğunu əvvəldən bilim? Orada üç çıxış qapısı olub. Mən gələndə ora baxış keçirilib. Üçünə də qıfıl vurulub və növbətçi həkimə verilib. Hər dəfə də növbə dəyişəndə açar götürülüb. Ərazidə su çənimiz də olub. Biz bacardığımız bütün işləri görmüşük”.

Çıxışının sonunda T.Məmmədhəsənov ömür boyu dövlətə, millətə xidmət etməsini, YAP üzvü olmasını, ailə vəziyyətini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR