SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DYP sosial şəbəkələrdə yol polisi ilə bağlı yayılan iddialara münasibət bildirdi: "1500 manatlıq cəriməsi var"

25-01-2019, 12:45 | Oxunub: 7 824 |

DYP sosial şəbəkələrdə yol polisi ilə bağlı yayılan iddialara münasibət bildirdi: "1500 manatlıq cəriməsi var"

Dövlət Yol Polisi barədə sosial şəbəkələrədə yayılan süjet həqiqəti əks etdirmir. Müəllif bu süjeti yaymaqla inzibati məsuliyyətdən yayınmaq istəyir.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, süjetdə söhbət "Tofaş" markalı avtomobildən gedir: "Bu avtomobillə əlaqədar həmin informasiyanı ictimailəşdirən sürücü Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə dəvət olunub. Ona Mərkəzi Məlumat Sistemində 45 ədəd 1500 manat məbləğində cərimənin olduğu və bu məbləğin ödənilməsi ilə bağlı xəbərdarlıq edilib".

DYP sözçüsü, həmçinin bildirib ki, həmin nəqliyyat vasitəsi texniki baxışdan da keçməyib: "Bunu həmin nəqliyyat vasitəsinin sahibi, həmçinin məqalənin müəllifi olan xanım çox yaxşı bilir. Təbii ki, onun xanımlığını, jurnalistika sahəsində çalışdığını nəzərə alaraq heç olmasa cərimənin qismən ödənilməsini xahiş etdik. Xanım jurnalist 150 manat dəyərində iki cəriməsini ödədi və ödənilən məbləğin çekləri də ona təhvil verildi. Həmin çekləri şəxsən özüm ona təqdim etmişəm. Ayrıca olaraq 1500 manata qədər olan cərimə borclarının da hissə-hissə ödənməsini ona tövsiyə etdik".

V.Əsədov deyib ki, xanım jurnalist daha sonra ona zəng edərək avtomobilini texniki baxışdan keçirməsini xahiş edib: "Sabahı gün xanım mənə zəng edərək avtomobilin texniki baxışdan keçməsini xahiş etdi. Təbii ki, müraciətinə müsbət reaksiya verə bilməzdim. Çünki sistem elə qurulub ki, bu cərimələr ödənilmədiyi halda nəqliyyat vasitəsi texnika baxışdan keçə bilməz".

Şöbə rəisinin sözlərinə görə, məqalə müəllifi fikirləşir ki, şantaj yolu ilə bu məsələni həll edəcək: "Bildirmək istəyirəm ki, bu gün həmin xanımın 22 ədəd 16 manatlıq, 5 ədəd 80 manatlıq, 3 ədəd 32 manatlıq, 1 ədəd 96 manatlıq cərimələri var və həmin cərimələrə faiz gəlir. Həmçinin yanvarın 23-də avtomobilinin texniki baxışdan keçməməsi səbəbindən ona sms gedib. Həmin sms-də xəbərdarlıq edilib və barəsində yeni cərimə tərtib olunub. Yəqin ki, bu da məqalə müəllifinə təsir edib ki, bu cür yalan informasiya yayıb".

V.Əsədov onu da qeyd edib ki, həmin xanıma dəfərlərlə yardım edib: "Xanımın bu cür yol tutmasını bizi təssüfləndirir. Çox güman ki, o məsuliyyətdən yayınmaq üçün belə bir informasiya yayıb".

Qeyd edək ki, bir xanım jurnalist sosial şəbəkədə Dövlət Yol Polisi ilə əlaqədər süjet hazırlayıb. Həmin süjetdə idarənin 14-cü otağında ödənilən cərimələrlə bağlı sürücülərə qəbzlərin verilmədiyi iddia olunur.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR