17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə bağlı YENİ FAKTLAR
Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən oğlu 29 yaşlı Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, millət vəkilinin oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.
Bildirilir ki, Elçin Qasımov bir neçə gün əvvəl Avropa ölkələrinə səyahətə çıxıb və İsveçrədə Alp dağlarında xizək sürərkən bədbəxt hadisə ilə üzləşib. O, atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən “Karat Holding”də şöbə müdiri vəzifəsində çalışırmış.
Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.
Zərifə Ələkbərova
Emtv.az