17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Yerə meteorit yağacaq - Dünyanın hər bir tərəfindən...
Yaponiya kosmosa yeni kateqoriyalı raket göndərib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, yeni raket süni meteorit yağışı effekti yaratmaq məqsədilə kosmosa buraxılıb.
Raket özündə 7 ədəd mikro-peyk daşıyır. Bu mikro-peyklər Yerin atmosferinə daxil olarkən içindəki kiçik işıqlı kürəcikləri havaya buraxacaq. Beləliklə, kürəciklər daha sonra meteorit yağışı effektini yaradacaq.
Yaponiya Atmosferi Araşdırma Agentliyindən (JAXA) verilən açıqlamaya görə, raketin daşıdığı 7 peykdən 1-i uğurla atmosferə daxil olub. Digər 6-nın vəziyyətini öyrənmək üçünsə siqnal gözləyirlər.
Rəsmilər süni meteorit yağışının 2020-ci ildə Xirosimada gerçəkləşdirilməsini planlaşdırdıqlarını bildirib. Mikro-peykləri istehsal edən ALE şirkəti isə meteorit yağışı zamanı axan ulduzların fərqli rənglərdə olacağını açıqlayıb.
Bununla yanaşı, meteoritlər özlərini qoruya biləcək və bunun sayəsində dünyanın hər bir tərəfindən 20-30 dəfə izlənə biləcəklər.
Zərifə Ələkbərova
Emtv.az