17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Dərs olsaydı, böyük faciə yaşana bilərdi" - Məktəb direktoru
Bakının Sabunçu rayonunda yerləşən 188 saylı orta məktəbin dam örtüyünü külək dağıdıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, məktəbdə dağıntı bu gün təxminən saat 16:30 radələrində qeydə alınıb.
Məktəbin direktoru Sabir Mahmudov faktı təsdiqləyib. O bildirib ki, hadisə baş verən vaxt məktəbdə özü və təsərrüfat müdiri olub: "Şükür ki, heç kimə xəsarət dəyməyib.
Təhsil nazirimiz Ceyhun Bayramov vaxtında dərslərin təxirə salınması haqda əmr imzaladı. Əgər həmin vaxt dərs olsaydı, böyük faciə yaşana bilərdi. Uşaqların dərsdən çıxan vaxtı idi.
Hadisə də elə yerdə baş verib ki, dərsdən çıxan şagirdlər həmin yerdə toplaşırlar. Bu baxımdan, sevindirici haldır ki, dərs olmadı".
Zərifə Ələkbərova
Emtv.az