18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda narkotik və döyüş sursatı götürülüb
Bakıda narkotik və döyüş sursatı götürülüb.
Emtv.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayon Polis idarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib. Eyni zamanda əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.
Bundan başqa, 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülən maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Hər iki faktla bağlı cinayət işi başlanılıb.
Zərifə Ələkbərova
Emtv.az