SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Arvadı cinsi tələbini qarşılamadı deyə...

15-01-2019, 13:49 | Oxunub: 12 532 |

Arvadı cinsi tələbini qarşılamadı deyə...

Xırdalan şəhərində arvadını öldürməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Samir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Samir Məmmədov 17 may 2016-cı il tarixdə, saat 18.00-da paytaxtın Nizami rayonu, E.Süleymanov küçəsində yaşayan böyük bacısı Elmiraya əvvəllər borc verdiyi pulu almaqdan ötrü onların evinə gedib.

Gecə yarıya kimi qonaqlıq

Samir Məmmədov orada yeznəsi Əlimərdan ilə birlikdə spirtli içki qəbul edib, gecə yarıya kimi onlarda oturub. Təxminən mayın 18-nə keçən gecə, saat 01.00-da evə gəlib. Sərxoş vəziyyətdə olan Samir Xırdalan şəhərindəki evinə daxil olub. Evdə onu arvadı Sahibə qarşılayıb.

Bu zaman Sahibə Samir Məmmədovu söyüb, təhqir edib. Əvvəllər də Sahibə onunla mübahisə edib. Bu dəfə də Sahibə ərini sərxoşluq etməkdə, pul qazana bilmədiyinə, hətta yaşadıqları evi belə təmir edə bilmədiyinə görə günahlandırıb.

Ər-arvadın intim mübahisəsi

Arvadının tənbehlərindən bezən Samir Məmmədov ondan qisas alaraq öldürmək qərarına gəlib. Son zamanlar Samir Məmmədov bir arvad kimi onun cinsi tələblərini ödəməkdən imtina etdiyinə görə aralarında yaranmış mübahisə zamanı əsəbiləşib.

Qanlı dava və oğlunun yardımı

Bu səbəbdən o, gecəyarısı arvadını öldürmək məqsədilə mətbəxdən götürdüyü bıçaqla onun boyun-boğaz nahiyəsinə çoxsaylı zərbələr vurub. Qadın qan içində qışqıraraq ərinə onu öldürməməsi barədə yalvarmağa başlayıb.

Bu zaman səs-küyə yan otaqda yatmış övladları İnam oyanaraq həmin yerə gəlib. O, anasını atasının əlindən almağa cəhd edib. Samir oğlunu itələyərək, onun gözləri qarşısında yenidən arvadına çoxsaylı zərbələr vurub.

Qadın ölümdən necə xilas edildi?

Yenidən İnamın atasına göstərdiyi aktiv müqavimətdən sonra anasını onun əlindən alıb. İnam qan içində olan anasını təcili olaraq Kliniki Tibbi Mərkəzə aparıb. Orada vaxtında göstərilən ixtisaslı tibbi yardım nəticəsində Sahibənin həyatını xilas etmək mümkün olub.

11 il 3 ay cəza

İstintaq orqanı tərəfindən Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Samir Məmmədovun barəsində olan hökmün ləğv edilməsini, ona ağır cəza verilməsini istəyib.

Prokurordan etiraz

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.

Bundan sonra prokuror eyni tələblə kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb. Bu yaxınlarda açıqlanan qərarda göstərilib ki, təqsirləndirilən Samir Məmmədovun cəzasının ağırlaşdırılması üçün heç bir əsas yoxdur.

Bu səbəbdən prokurorun kasasiya protesti də təmin olunmayıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR