17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əsgərlikdən yenicə gəlmiş Şəmiyevi öldürənlər tutuldu
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Emtv.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.
F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Xatırladaq ki, “Nizami” metrostansiyası yaxınlığında bıçaqlanaraq öldürülən Emin Şəmiyev əsgərlikdən yenicə gəlibmiş.
Zərifə Ələkbərova
Emtv.az