17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Səhər qalxıb ki, evdə fısıltı eşidilir
Göygölün Qırıqlı kəndində baş verən partlayış 76 yaşlı Zemfira Məmmədovanın yanıq xəsarətləri alması ilə nəticələnib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, nəvəsi ilə yaşayan ev sahibi səhər saat 5 radələrində mətbəxdə qaz qoxusu hiss edib və qaz plitəsinə yaxınlaşarkən qəfildən partlayış olub. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Partlayış zamanı evin mətbəxinə ciddi ziyan dəyib.
Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının əməkdaşları, qaz istismar idarəsinin nümayəndələri gəlib.
Sabir Məmmədli - zərərçəkənin nəvəsi: "Səhər yatırdım, 4-ə qalmış partlayış baş verdi. Saat 5-ə işləmiş əmimgilə zəng vurdum ki, evdə partlayış baş verib, gəlsinlər kömək etsinlər".
Rövşən Məmmədov - zərərçəkənin oğlu: "Yaşlı qadındı, səhər qalxıb ki, evdə fısıltı eşidilir. Əlini qaz piltəsinə vuranda partlayış baş verib. Əli, üzü yanıb, vəziyyəti yaxşıdı. Özünü tanıyır, yeriyir".
Zərifə Ələkbərova
Emtv.az