SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı

11-01-2019, 16:44 | Oxunub: 11 791 |

“WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı

“WhatsApp”ın Android istifadəçiləri üçün tətbiq etdiyi yeniliyin beta versiyasında bir funksiya diqqət çəkib.

Emtv.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, “WhatsApp”ın uzun zamandır üzərində çalışılan və sirr olaraq saxlanılan yeni xüsusiyyəti üzə çıxıb.

iOS platforması üçün Face İD və Touch İD xüsusiyyətlərini təkmilləşdirməyə davam edən “WhatsApp” Android üçün də barmaq izi ilə şəxsiyyəti təsdiq etmə funksiyasını test etməyə başlayıb. Androidin Betasının 2.19.3 versiyasında “WhatsApp”ı barmaq izi ilə kilidləmək imkanı verilir.

Artıq barmaq izini daxil edə bilməyən “WhatsApp”a girə bilməyəcək. Beləcə, telefonun ekran kilidini açsanız belə, “WhatsApp”a qoşulmaq üçün ayrıca barmaq izini də daxil etməli olacaqsınız.

Bu, o deməkdir ki, başqa istifadəçilərin “WhatsApp”dakı yazışmalarınıza baxması üçün şəxsiyyəti təsdiq edən ekranı da açmaları tələb olunur. Bu xüsusiyyət bütün proqramı kilidləyir.

Eyni xüsusiyyətin iOS sistemində də tətbiq ediləcəyi gözlənilir. Barmaq izi oxunmadığı zaman proqramı açmaq üçün alternativlər təklif olunacaq. Yeni funksiyanın son halına nə zaman qovuşacağı dəqiq bilinmədiyindən nə zaman istifadəyə veriləcəyi məlum deyil.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR