SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Marketlərdə satılan sellofan torbalarla bağlı Nazirlik məsələyə qarışdı

11-01-2019, 14:30 | Oxunub: 13 298 |

Marketlərdə satılan sellofan torbalarla bağlı Nazirlik məsələyə qarışdı

Artıq bir neçə ölkə ekologiyaya zərərli olduğu üçün marketlərdə sellofan torbaların satışına başlayıb. Gürcüstan, Özbəkistandan sonra qonşu Türkiyədə də bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan pullu sellofan mövzusunu aktual edib.

Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketdə sellofanların ödənişli olduğu deyilsə də, araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq.

Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, qiymətidir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda sahibkarların bu məhsulu 5-20 qəpiyə satacağı göstərilir.

Emtv.az xəbər verir ki, yerli mətbuat bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxlayıb və bir neçə məqama aydınlıq gətirib.

O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə hazırda kompleks tədbirlər planı hazırlanaraq qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib: "Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Ancaq həmin marketlərin adları qeyd olunmadığından biz bu halın nə dərəcədə doğru olduğunu deyə bilmərik.

Hazırda təkliflər planı hazırlayaraq qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim etmişik. Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı deyil, burda, həmçinin plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün münbit şəraitin yaradılması, bu sahədə ictimai savadlılğın və məlumatlılığın artırılması üçün də təkliflər verilib. Hazırda təkliflər paketi razılaşdırma mərhələsindədir.

Qərar verildikdən sonra bu barədə ictimaiyyəti məlumatlandıracağıq. Bəzi ölkələrdə qərar olmadan da polietilen torbalardan ödənişsiz istifadə olunmur. Marketlər və ictimaiyyət könüllü şəkildə bunu tələb edir. Bu, alqışlanan haldır".

M. Nəbiyev qiymətlərin yüksək nəzərdə tutulması ilə bağlı məsələyə də şərh verərək bildirib ki, nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib:"O ki qaldı qiymət məsələsinə, bunu biz müəyyən etmirik. Sadəcə, polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Qərar olanda yəqin ki, müvafiq qaydada qiymətləndirmə aparılıb lazımi məbləğlər müəyyənləşdiriləcək".

Aynurə Kərimova,
Emtv.az

Marketlərdə satılan sellofan torbalarla bağlı Nazirlik məsələyə qarışdı

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR