SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Düz etmişəm, şapalaq yaxşı tutub": Deputatdan Mehman Hüseynovla bağlı yeni açıqlama

10-01-2019, 14:17 | Oxunub: 11 256 |

"Düz etmişəm, şapalaq yaxşı tutub": Deputatdan Mehman Hüseynovla bağlı yeni açıqlama

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə sosial şəbəkələrdə onu təhqir edənlərə cavab verib.

Emtv.az xəbər verir ki, A.Əlizadə müraciətində bildirir ki, Mehman Hüseynovla bağlı son açıqlamasına görə onun mobil telefon nömrəsinə təhqir və söyüş mesajları göndərirlər:

"Mənim Mehman Hüseynovla əlaqədar müsahibəm çıxdıqdan sonra orada işlətdiyim bəzi kəskin ifadələrə görə əvvəl məyus oldum. Lakin sonra təxminən əlliyə yaxın zəng və smslər daxil oldu və mən belə qərara gəldim ki, düz etmişəm. Şapalaq yaxşı tutub. Və bunlar hamısı mütəşəkkil qrupdur. Gələn sms və zənglərin hamısı eyni üslubda, eyni söyüşlər və eyni səhvlərlə dolu idi. Və bu onu göstərir ki, Azərbaycandan gedib kənarda yaşayan bu ünsürlər və hətta Azərbaycanda qalanlar da savadsız və tərbiyəsiz insanlardı. Və fikirləşdim ki, mən nə zamansa bu cür ünsürlərlə üzləşmişəm. Və yadıma keçən əsrin 80-cı illərin sonu, 90-cı ilin əvvələrində belələrini "AXC-nin qarşısında sülənənlər " deyə adlandırdığım düşdü. Sonra onların vəhşi üzünü Azərbaycanda dövlət çevrilişi zamanı parlamentin şüşələrini sındıran zaman görmüşdüm. Dişilər tumanlarını çıxardıb, deputatlara özləri üçün ayıbsız olan yerlərini göstərirdilər, erkəklər isə söyüş söyür, dava edirdilər.

Və başa düşdüm ki, indi bu telefon zənglərini edənlər, söyüş söyənlər və bu söyüşlər zamanı eyni səhvləri edənlər həmin o zamanki AXC qarşısında sülənənlərin övladlarıdır. Onlar bir illik hakimiyyətə gəlib, biraz "laş" yedilər, övladları isə xaricə qaçıb orada "laş" yeməyə davam edirlər. Sadəcə bir böyük fərq var: o zaman onlar minlərlə idilər, indi isə onlarladırlar.

Həşəratlar! Davam edin, vızıldayın. Azərbaycanın karvanı gedəcək, müvəffəqiyyətlə mənzil başına çatacaq və inkişaf edəcək.

Siz isə vızıldayın.

İt hürər , karvan keçər. Öz aramızdı, şapalaq sizi yaxşı tutub".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR