SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində şahid dindirilib

10-01-2019, 12:07 | Oxunub: 8 758 |

Rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində şahid dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Emtv.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Umuhani Nəhmətova ifadə verib.

O bildirib ki, 2012-ci ilə qədər Şəhriyar qəsəbəsinin nümayəndəliyində çalışıb, təhsili olmadığı üçün işdən çıxarılıb.

Şahid qeyd edib ki, bir müddət əvvəl əkin pulu almaq üçün idarəyə gedib: "Orada köhnə iş yoldaşım Ağaqədir müəllimlə görüşdüm. Onunla uzun müddət bir yerdə çalışmışdım. Sonra Ağaqədir müəllim mənə bir kağız gətirib, onu doldurmağımı xahiş etdi. Əvvəllər bu işi bacardığım üçün Ağaqədir müəllimin xahişini yerinə yetirdim".

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran U.Nəhmətova həmin vaxt mərhum Minə Əhmədova ilə bağlı heç nə bilmədiyini deyib.

Prokuror söyləyib ki, şahid ilkin ifadəsində istintaqa bu barədə heç nə deməyib.U.Nəhmətova isə "istəmirdim ki, Ağaqədir müəllimi tutsunlar, ona görə də heç nə söyləmədim" cavabını verib.

Dövlət ittihamçısı məhkəmədə elan edib ki, U.Nəhmətova A.Osmanovun xahişi ilə 2008-ci ildə vəfat etmiş Minə Əhmədovanın ölümü ilə bağlı şəhadətnaməni boş blankda doldurub.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR