SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Süni mayalanma etdirənlərin nəzərinə

10-01-2019, 11:21 | Oxunub: 12 032 |

Süni mayalanma etdirənlərin nəzərinə

Son zamanlarda ölkəmizdə də sonsuzluqdan əziyyət çəkən cütlüklərin övlad sahibi olma arzuları süni mayalanma ilə reallaşdırılır.

Lakin bir çox hallarda süni mayalanma da işə yaramır.

Bunun səbəbi isə bir sıra amillərin süni mayalanmanın gedişinə mənfi təsir etməsidir.

Emtv.az yerli mətbuata istinadən süni mayalanmaya mənfi təsir edə biləcək amilləri açıqlayır:

Hər ay normal rejimlə aybaşı tsikli yaşayan qadınlarda 1 yumurta hüceyrə formalaşır.

Süni mayalanma zamanı isə tətbiq olunan hormonlar vasitəsilə qadında bu say artırılaraq eyni anda bir neçə ədəd yetişmiş yumurta hüceyrə əldə edilir.

Dərmanların təsiri ilə yumurtahüceyrədə baş verən dəyişiklikləri izləmək və dərmanların miqdarını tənzimləmək üçün USM və qan analizləri aparılır.

Lazımi ölçüyə çatan yumurtahüceyrələr hormon təsiri ilə yetişdirilir və 36 saatdan sonra narkoz altında yığılır.

Toplanan yumurtahüceyrələr laborotoriya şəraitində spermatozoidlə mayalandırılır.

Daha sonra isə mayalanmışı yumurtahüceyrədə embrionun inkişafı embrioloq tərəfindən izlənilir.

Bu zaman bir sıra amillər bu gedişatı poza və yumurta hüceyrələrin normal inkişafına mane ola bilər.

Süni mayalanmaya təsir göstərn amillər

1) Yaş. Süni mayalanmanın effektivliyinə təsir göstərən amillərdən ən vacibi yaş faktoru hesab olunur. Məsələn, 30 yaşdan aşağı pasiyentlər üçün bu göstərici 60 faiz, 35 yaşdan yuxarı insanlarda 40 faiz, 40 yaşlarında insanlarda isə 15 faizə qədər azalır. Amma bu göstəricilər yalnız 1 dəfə süni mayalanma etdirən insanlara aiddir. Qeyd edək ki, 4 dəfə süni mayalanma etdirən şəxslərdə yaşdan asılı olmayaraq bu göstərici 90 faizə qədər qalxır.


2) Follikul rezervi. Qadında yetişən follikul rezervi azaldıqca süni mayalanmanın uğurlu alınma şansı da azalır. Buna görə də, yaşı 35-dən çox olan subay qadınlar, evli olduğu halda hamiləlik planlaşdırmayan qadınlarda və nəsillərində erkən klimaks yaşanan qadınlar süni mayalanma etdirmək istədikdə, onlarda follikul rezervləri yoxlanılmalıdır. Beləkilə də rezervi az olan evli qadınlar təcili olaraq süni mayalanma etdirməlidirlər. Evli olmayanlar isə yumurta hüceyrələrini donduraraq gələcəkdə süni mayalanma yolu ilə ana olma şanslarını saxlaya bilərlər.

3) Siqaret istifadəsi. Süni mayalanmaya ən mənfi təsir göstərən amillərdən biri də siqaret istifadəsidir. Siqaret çəkən insanlarda sperm sayı az və keyfiyyətsiz olduğu üçün əldə olunan embrionların da yaşama şansı azalmış olur.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR