SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-da hökumət iflic olub

10-01-2019, 10:37 | Oxunub: 12 301 |

ABŞ-da hökumət iflic olub

ABŞ prezidenti Donald Trampın demokratların Senatla Nümayəndələr Palatasındakı liderləri Çak Şumer və Nensi Pelosi ilə görüşü yarımçıq bitib.

Emtv.az xəbər verir ki, Tramp görüşü elə ilk suala cavabdan sonra tərk edib.

Birləşmiş Ştatların prezidenti bu barədə Twitter profilində yazıb.

"Demokratlardan soruşdum ki, onlar ölkə hökumətindəki "şatdaun"u başa vurarsa, Meksika ilə sərhəddə divarın inşasını nəzərdə tutan sərhəd təhlükəsizliyi planını təsdiqləyəcəklərmi. Çak və Nensi rədd cavabı verdilər. Mən də onlara "Sağ olun" dedim. Bundan sonra heç nə işləyən deyil"

ABŞ-da hökumətin fəalliyyətini qismən dayandırması ("şatdaun") ötən ilin dekabrın 22-dən bəri davam edir. Hakimiyyət böhranının səbəbi ABŞ-ın Meksika ilə sərhədində hündür divarın inşasına maliyyənin ayrılmaması ilə bağlıdır.

2018-ci ilin dekabrında Donald Tramp bəyan etmişdi ki, əgər miqrantlara qarşı divarın inşasına maliyyə ayrılmasa, cənub sərhədlərini tamamilə qapadacaq.

Daha sonra Tramp yuxarısı şiş uclu dəmirlərdən ibarət olan divarın layihəsini göstərmiş və demişdi: "Demokratlar beton divarın inşasını istəmirlər. Bu səbəbdən də əks tərəfdə nələrin baş verdiyini görməyə imkan verən, bədii konstruksiyalı divar inşa etmək məcburiyyətində qalacağıq".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR